İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı təltifolunma mərasimi keçirilib.
Xeberyerinde xəbər verir ki, mərasimdə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin ali mükafatlarından olan I dərəcəli “Manas” ordenini təqdim edib.
Öz növbəsində Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycanın ali dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edib və ordeni şəxsən təqdim edib.












