İmişli rayonunda Araz çayında bədbəxt hadisə baş verib.
Xeber yerinde xəbər verir ki, hadisə çayın rayonun Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata əsasən, 1997-ci il təvəllüdlü Elgün Həsənov çayda çimərkən suda batıb.
Belə ki, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə: Qafqazinfo

