FHN Balakəndə zəruri təhlükəsizlik tədbirləri həyata keçirir
Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, Balakən rayonunun bəzi yaşayış məntəqələrində intensiv yağan yağışlar səbəbindən su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.
Hazırda işlər FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən həyata keçirilir.

