İnterpol xətti ilə axtarışda olan azərbaycanlı Ukraynada tutuldu

İnterpol xətti ilə axtarışda olan azərbaycanlı Ukraynada tutuldu

Azərbaycan vətəndaşı Ənvər Həsən oğlu Tağıyevin Ukraynadan Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Baş Prokurorluğun məlumatına görə, bu qərar Azərbaycan tərəfinin Ukraynanın Baş Prokurorluğuna müraciəti, zəruri sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində mümkün olub.

Ənvər Tağıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə qaçaqmalçılıqda, həmçinin aksiz markası ilə markalanmalı olan yükü markalanmadan satış məqsədilə saxlamaqda şübhəli bilinir.

İstintaqdan yayındığı üçün onun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb və İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Keçirilən tədbirlər nəticəsində Tağıyevin Ukraynada olduğu müəyyənləşdirilib və o, həmin ölkənin ərazisində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün zəruri prosedurlar həyata keçirilir.

Baş Prokurorluq bildirib ki, axtarışda olan şəxslərin ölkəyə qaytarılması məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları və İnterpol ilə əməkdaşlıq davam etdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir