Trampdan Ukrayna ilə bağlı açıqlama: “Avropadan pulları geri istəyəcəyik”

Trampdan Ukrayna ilə bağlı açıqlama: “Avropadan pulları geri istəyəcəyik”

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya hərbi yardım üçün xərclədiyi vəsaitlərin Avropa ölkələri tərəfindən kompensasiya edilməli olduğunu bildirib.

Tramp “Truth Social” hesabında yazıb ki, əvvəlki prezident Co Baydenin administrasiyası dövründə Ukrayna və NATO üçün yüz milyardlarla dollar dəyərində hərbi dəstək göstərilib.

ABŞ liderinin sözlərinə görə, həmin vəsaitlərdən Avropa ölkələri də faydalanıb və əgər Vaşinqton bu xərclərin qarşılanmasını tələb etsəydi, Avropa dövlətləri ödəniş etməli idilər.

“Bir qədər gecikmiş olsaq belə, həmin pulları mütləq geri istəyəcəyik”, – deyə Tramp bildirib.

O, həmçinin Bayden administrasiyasının Ukraynaya ABŞ-nin İranla münaqişəsində istifadə etdiyindən qat-qat çox hərbi sursat və avadanlıq göndərdiyini iddia edib.

Tramp bu yardımların ABŞ tərəfindən qarşılıqsız təqdim edilməsindən narazılığını ifadə edərək, Avropa ölkələrinin həmin xərcləri kompensasiya etməli olduğunu vurğulayıb.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir