İran ABŞ-ı bu gecə baş verə biləcək mümkün hərbi əməliyyatlarla bağlı xəbərdar edib.
Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
Hərbi mənbənin bildirdiyinə görə, əgər ABŞ bu gecə İranda mülki infrastruktur obyektlərinə zərbələr endirərsə, İranın cavab tədbirləri zamanı insanların təhlükəsizliyini təmin etmək məqsədilə Dubay və Əbu-Dabi beynəlxalq hava limanları, eləcə də Füceyrə və Cəbəl Əli limanları dərhal təxliyə olunmalıdır.
İran ordusunun nümayəndəsi vurğulayıb ki, ABŞ-ın İrana qarşı istənilən hərbi addımı ciddi nəticələr doğuracaq.

