Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, İrana məxsus iki dronun İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzaninin ofisini hədəfə aldığı bildirilir.
İraq mənbələrinin məlumatına görə, dronlarla hücum Bərzaninin şəxsi ofisinə və Kürdüstan regionunun təhlükəsizlik xidmətinin iqamətgahına həyata keçirilib.
Bərzani hücumu təsdiqlədi
Məsrur Bərzani də özünün “X” hesabında hadisəni təsdiqləyib. O, hücumu qəbuledilməz təcavüz aktı adlandıraraq kəskin şəkildə pisləyib.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
İran tərəfi isə hələlik hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

