İran Küveytdə ABŞ bazalarına zərbələr endirdi

İran Küveytdə ABŞ bazalarına zərbələr endirdi

“Xəbər Yerində” xəbər verir ki, İran ABŞ-nin Küveytdə yerləşən hərbi bazalarına raket və dronlarla hücum edib.

İran ordusu zərbələrin Əhməd əl-Cabir aviabazasındakı ABŞ qüvvələrinə məxsus peyk rabitə sistemləri, avadanlıq anbarları və qırıcı təyyarələrin yerləşdiyi hangarlara yönəldiyini bildirib.

Küveyt ordusu isə İran tərəfindən həyata keçirilən raket və dron hücumları fonunda hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini açıqlayıb. Ölkənin Daxili İşlər Nazirliyi əhaliyə təhlükəsiz yerlərdə qalmaq və pəncərələrdən uzaq durmaq barədə xəbərdarlıq edib.

Hücumlar ABŞ-nin İrana qarşı son zərbələrindən sonra Yaxın Şərqdə gərginliyin yenidən kəskinləşməsi fonunda baş verib. İran eyni zamanda Bəhreyn, İordaniya və İraqdakı ABŞ mövqelərinə də hücumlar həyata keçirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir