Xəbər Yerində xəbər verir ki, İranın “Sepehran” Hava Yollarına məxsus “Boeing 737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Məşhəd hava limanına geri dönüb.
Məlumata görə, uçuş zamanı təyyarənin təkərlərindən biri partlayıb. Hadisə nəticəsində təyyarənin mühərrikinin də zədələndiyi bildirilir.
Ekipaj yaranmış vəziyyətlə əlaqədar təyyarəni yenidən Məşhəd hava limanına endirib. Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Mənbə:Azxəbər

