İran televiziyası Diyarbəkirdəki dini tədbiri Azərbaycanla bağlı aksiya kimi təqdim etdi

İran televiziyası Diyarbəkirdəki dini tədbiri Azərbaycanla bağlı aksiya kimi təqdim etdi

İranın dövlət televiziya və radio qurumu IRIB-in Azərbaycan dilində yayımlanan “Sahar Azəri” kanalında Türkiyədə Azərbaycanla bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, kanalın “YouTube” hesabında Türkiyənin Diyarbəkir şəhərində keçirilən dini tədbirin görüntüləri “Türkiyədə azərbaycanlı hicablılara dəstək üçün aksiya keçirilir” başlığı ilə təqdim olunub.

Görüntülər əslində hansı tədbirdəndir?

Məlumata görə, yayılan görüntülər oktyabrın 11-də Diyarbəkirin Sur rayonunda keçirilən “Niyet Ettim Tesettüre, Emrin Başım Üstüne” adlı dini proqrama aiddir.

Dünya Qız Uşaqları Gününə təsadüf edən tədbir ilk dəfə hicab bağlayan gənc qızlar üçün təşkil olunub. Mərasim zamanı yüzlərlə gənc qız əllərində bayraqlarla yürüş edib və dini şüarlar səsləndirib.

Tədbirin əsas məqsədinin hicaba yeni başlayan qızlara dəstək göstərmək və dini dəyərləri ön plana çıxarmaq olduğu bildirilib.

Qeyd edək ki, bu tip tədbirlər son illərdə Diyarbəkirdə və Türkiyənin bir sıra digər şəhərlərində mütəmadi şəkildə keçirilir və dini icmalar tərəfindən təşkil olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir