İsmayıllıda yolu təhlükəli keçən gənc avtomobilə çırpıldı – ANBAAN VİDEO

İsmayıllıda yolu təhlükəli keçən gənc avtomobilə çırpıldı – ANBAAN VİDEO

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, İsmayıllı şəhərində piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçməyə çalışan gənc yol-nəqliyyat hadisəsinə səbəb olub.

Hadisənin videogörüntüləri yayılıb.

Kadrlardan görünür ki, yolu təhlükəli şəkildə keçən gənc oğlan dairədə manevr edən avtomobilə çırpılaraq yerə yıxılır. Bir müddət sonra ayağa qalxan piyada heç nə olmamış kimi yoluna davam edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir