Prezident İlham Əliyev Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının final matçını stadiondan izləyib.
“Xəbər Yerində” “Unikal”a istinadən xəbər verir ki, dövlət başçısı oktyabrın 30-da Bakı Kristal Zalında təşkil olunan final görüşündə iştirak edib.
Finalda Çexiya və İspaniya komandaları üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının qalibi olub.
Prezident İlham Əliyev qaliblərin mükafatlandırılması mərasimində də iştirak edib.
Qeyd edək ki, yarış FIFA-ya üzv 189 milli assosiasiyanın gənc futbol istedadlarını Bakıda bir araya gətirib. Final matçını Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, FIFA prezidenti Canni İnfantino da izləyib.

