İspaniyadakı meşə yanğınında britaniyalı cütlük möcüzəvi şəkildə xilas edilib

İspaniyadakı meşə yanğınında britaniyalı cütlük möcüzəvi şəkildə xilas edilib

İspaniyanın Almeriya vilayətində baş verən güclü meşə yanğınları zamanı itkin düşən britaniyalı cütlük ağır vəziyyətdə tapılaraq xilas edilib.

Yerli mediada yayılan məlumata görə, cütlük yanğın zamanı ərazidə gəzintidə olarkən alovların arasında qalıb. Onlar Bédar kəndi yaxınlığında axtarış aparan mülki qvardiya əməkdaşları tərəfindən yarğanda yarı huşsuz vəziyyətdə aşkarlanıb.

Xilasedicilər uzaqdan kömək səsləri eşidərək əraziyə yaxınlaşıb və ağır yanıq xəsarətləri alan cütlüyü tapıblar. Onların bədəninin təxminən 40 faizinin yandığı, daha sonra xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.

Yanğın nəticəsində 12 nəfər həyatını itirib, təxminən 7 min hektar ərazi külə dönüb. Ölənlər arasında dörd britaniyalının da ola biləcəyi ehtimal edilir, lakin onların kimliyi hələ rəsmi təsdiqlənməyib.

Yanğın artıq nəzarət altına alınıb. Təxminən 1500 nəfər təhlükəli ərazilərdən təxliyə edilib, onlardan 600-ə yaxınının evlərinə qayıtmasına icazə verilib.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri nəticəsində Avropada temperatur artımı və quraqlıq meşə yanğınlarının daha tez-tez və dağıdıcı olmasına səbəb olur.

Mənbə: BBC

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir