Gürcüstanın Telavi şəhərində yağan güclü leysan yağışları selə səbəb olub. Məlumata görə, “Telavis xevi” çayının məcrasından çıxması nəticəsində şəhərin mərkəzi küçələri, yaşayış evlərinin zirzəmiləri, mağazalar və apteklər su altında qalıb.
Təbii fəlakət nəticəsində şəhərin böyük hissəsində elektrik enerjisi, qaz və içməli su təchizatı dayandırılıb. Sel, həmçinin bir neçə avtomobilə ziyan vurub.
Kaxeti bölgəsinin qubernatoru dəymiş ziyanın ciddi olduğunu açıqlayıb.
Hazırda ərazidə xüsusi texnikanın köməyi ilə bərpa işləri aparılır. Fəsadların aradan qaldırılması məqsədilə operativ qərargah yaradılıb.
Mənbə: Qafqazinfo

