Mərakeşdən İspaniyanın Seuta şəhərinə qanunsuz keçidlər davam edir. Son 30 saat ərzində təxminən 69 min 500 nəfərin yenidən Mərakeşə qayıtdığı bildirilir.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Seutaya keçməyə cəhd edərkən həyatını itirən qanunsuz miqrantların sayı 67-yə yüksəlib.
Hazırda Taraxal sərhəd-keçid məntəqəsində əlavə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri aparılır.
Bu arada İspaniyanın Baş naziri Pedro Sançes Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə məktub göndərərək, Seutadakı vəziyyətlə bağlı Aİ-yə üzv ölkələrin daxili işlər nazirlərinin təcili toplantısının keçirilməsini təklif edib.
Qeyd edək ki, iyulun 30-da Mərakeş sahillərindən Seutaya üzərək keçməyə çalışan 800-dən çox qanunsuz miqranta müdaxilə edilmiş, bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr yerləşdirmək qərarı vermişdi.

