İstanbul Hava Limanı Avropanın ən işlək aeroportu seçildi

İstanbul Hava Limanı Avropanın ən işlək aeroportu seçildi

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 29 iyun–5 iyul tarixlərini əhatə edən “Avropa Aviasiya Hesabatı” yayımlanıb.

Hesabata əsasən, İstanbul Hava Limanı bu dövrdə gündəlik orta hesabla 1603 reyslə Avropanın ən işlək hava limanları arasında birinci yeri tutub.

Trthaberdən aldığımız xəbərə görə, İstanbul Hava Limanını gündəlik orta hesabla 1398 reyslə Amsterdam, 1389 reyslə Paris Şarl de Qoll, 1323 reyslə London Hitrou və 1318 reyslə Frankfurt hava limanları izləyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir