İsti hava davam edəcək, amma… – Sabah üçün hava proqnozu

İsti hava davam edəcək, amma… – Sabah üçün hava proqnozu

Avqustun 20-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Xeber Yerinde xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Temperatur gecə 21-24°, gündüz 29-33° isti olacaq.

Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarından başlayaraq şimal və qərb rayonlarının bəzi yerlərində yağış yağacağı gözlənilir.

Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.

Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 20-24°, gündüz 33-38°, dağlıq ərazilərdə gecə 12-17°, gündüz 20-25° isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir