Kəbədə TERROR CƏHDİ: İntiharçı bomba partlatmaq istədi – VİDEO

Kəbədə TERROR CƏHDİ: İntiharçı bomba partlatmaq istədi – VİDEO

Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərində, müsəlmanların müqəddəs ziyarətgahı olan Kəbədə hücum cəhdinin qarşısının alındığı bildirilir.

Məlumata görə, təhlükəsizlik qüvvələri Kəbədə bomba qurğusunu işə salmağa cəhd göstərdiyi iddia olunan şəxsi zərərsizləşdirərək saxlayıblar.

Partlayış baş verməyib

İddialara əsasən, həmin şəxs Kəbənin daxilində üzərindəki partlayıcı qurğunu işə salmağa cəhd göstərib. Lakin qurğunun fəaliyyətə düşməməsi nəticəsində mümkün faciənin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmadığı bildirilir.

Hələlik saxlanılan şəxsin kimliyi və hücum cəhdinin mümkün motivləri barədə rəsmi açıqlama verilməyib.

Faktla bağlı araşdırma aparıldığı qeyd olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir