Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görüntülənib.
Məlumata görə, o, bu gün keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında iştirak edib.
H.Abutalıbovun qurultayda iştirakı ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bir neçə il əvvəl də YAP tədbirində iştirak edib
Qeyd edək ki, Hacıbala Abutalıbov üç il əvvəl YAP-ın İdarə Heyətinin genişləndirilmiş iclasında iştirak edib.
Bundan bir neçə ay əvvəl isə mətbuatda onun paytaxtdan Qax rayonunun Ağçay kəndinə köçərək burada inşa etdirdiyi villada ailəsi ilə yaşadığı barədə məlumat yayılmışdı.
17 il Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib
Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Həmin görüntüləri təqdim edirik.

