Kəngərli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti məlum olub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Əfruz Hüseynovanın sözlərinə görə, qəza nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya çatdırılıb.
Onun sözlərinə görə, yaralılar ilkin tibbi müayinədən keçirilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Hazırda onların müalicəsi davam etdirilir.
Qeyd edək ki, hadisə Naxçıvan–Sədərək magistralının Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verib. “Hyundai” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2010-cu il təvəllüdlü Mirməhərrəm Seyidov həyatını itirib, daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA






