Kamran Bilalovun saxlanma səbəbi açıqlanıb – “Çevik”lə bağlı yeni detal

Kamran Bilalovun saxlanma səbəbi açıqlanıb – “Çevik”lə bağlı yeni detal

Xəbər Yerində xəbər verir ki, tiktoker Kamran Bilalovun saxlanılmasına səbəb kimi “Çevik” ləqəbli Məqsəd Bağırova qarşı zor tətbiq etməsi göstərilib.

Məlumata görə, Məqsəd Bağırov və Kamran Bilalov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqın məlumatına əsasən, Məqsəd Bağırov dini zəmində nifrət və düşmənçiliyə səbəb ola biləcək materialları, o cümlədən sosial media və digər media platformaları vasitəsilə videolar yaymaqda şübhəli bilinir.

Kamran Bilalova isə həmin videolarda ifadə olunan dini baxışlara görə Məqsəd Bağırova qarşı ictimai yerdə zor tətbiq etmək və müxtəlif dərəcəli xəsarətlər yetirməklə yanaşı, dini zəmində düşmənçilik yaratmağa yönəlmiş hərəkətlər törətmək ittihamı irəli sürülüb.

Məqsəd Bağırov Cinayət Məcəlləsinin 283.1-ci, Kamran Bilalov isə 283.2.1-ci maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, Bağırovun da sosial şəbəkələrdə insanların dini inanclarını və ibadət yerlərini təhqir edən ifadələrin yer aldığı videolar yaydığı bildirilir.

Hazırda hər iki şəxslə bağlı araşdırmalar davam etdirilir.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir