Peskov: “Ukrayna bunun bədəlini ödəməlidir”

Peskov: “Ukrayna bunun bədəlini ödəməlidir”

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiyanın Qara dənizdə Ukraynanın hücumlarına cavab verdiyini bildirib.

“Qara dənizdəki vəziyyət xüsusidir. Rusiya Ukraynanın Qara dənizdəki hücumlarına cavab verir”, – deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Ukrayna bunun bədəlini ödəməlidir və artıq ödəyir, bundan sonra da ödəməyə davam edəcək.

Rusiya Kiyevə dəniz yolu ilə tədarükü dayandırmaq istəyir

Peskov bildirib ki, Rusiya xüsusi hərbi əməliyyatı davam etdirir və Kiyevə dəniz yolu ilə hərbi sursat və yanacaq tədarükünü tamamilə dayandırmaq niyyətindədir.

Kremlin sözçüsü Moskvanın hər zaman danışıqlara açıq olduğunu da vurğulayıb. O, Rusiyanın Ukrayna ilə sadəcə atəşkəs deyil, sülhə ehtiyacı olduğunu bir daha qeyd edib.

Peskovun sözlərinə görə, Kiyev indiyədək kompleks razılaşmalar əldə etməyə meyl göstərməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir