632 ilə tikilən Köln Kafedralı hər il milyonlarla turisti qəbul edir
Almaniyanın Köln şəhərində yerləşən və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Köln Kafedralı ölkənin ən məşhur tarixi-memarlıq abidələrindən biridir.
Qotik memarlıq üslubunda inşa olunan kafedral 157 metr hündürlüyündəki qoşa qüllələri ilə Kölnün simvolu hesab edilir. Tikintisinə 1248-ci ildə başlanılan məbədin inşası müxtəlif fasilələrlə davam edib və yalnız 1880-ci ildə – təxminən 632 ildən sonra başa çatdırılıb.
Hər il təxminən 6 milyon turistin ziyarət etdiyi Köln Kafedralı son aylarda qəbul edilən yeni qərarla yenidən gündəmə gəlib. Belə ki, 2026-cı il iyulun 1-dən etibarən turistlər üçün kafedralın daxili hissəsinə giriş ödənişli olub. Yeni qayda yalnız turistlərə şamil edilir, ibadət etmək və dua etmək üçün gələn ziyarətçilər isə əvvəlki kimi ödənişsiz daxil ola bilirlər.
Kafedral rəhbərliyi bildirib ki, bu qərar artan təmir və saxlanma xərclərinin qarşılanması məqsədilə qəbul edilib. Məlumata görə, tarixi abidənin illik saxlanma xərcləri təxminən 16 milyon avroya çatır.
Köln Kafedralı 1996-cı ildən UNESCO-nun Dünya İrs Siyahısına daxildir və Almaniyanın ən çox ziyarət edilən tarixi abidəsi hesab olunur.












