Xəbər Yerində Türkiyə mediasına istinadən xəbər verir ki, Kolumbiyada baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 294 nəfərə yüksəlib.
Məlumata görə, təbii fəlakət nəticəsində 3 935 nəfər yaralanıb, 320 nəfər isə itkin düşüb. Zəlzələ ölkənin 15 əyalətində 448 yaşayış məntəqəsinə təsir edib.
Ümumilikdə 54 008 ailənin, yəni 115 461 nəfərin zəlzələdən zərər çəkdiyi bildirilir.
Zəlzələdən sonra 256 afterşok qeydə alınıb. Onlardan 17-nin gücü 3,0, ikisinin isə 4,0 maqnitudadan çox olub.
Kolumbiya hökuməti zəlzələdən zərər çəkən ərazilərin yenidən qurulması üçün xüsusi plan hazırlayır. Yenidənqurma işlərinin hökumət tərəfindən yaradılan “Mucize Fondu” vasitəsilə həyata keçiriləcəyi bildirilib.
Qeyd edək ki, avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələdə həyatını itirənlərin xatirəsinə ölkədə üç günlük milli matəm elan edilib. Prezident Abelardo de la Espriella isə zəlzələ nəticəsində evlərini itirən ailələrə kirayə dəstəyi göstəriləcəyini açıqlayıb.

