Küveyt və Bəhreyndə raket təhlükəsi: Hava həyəcanı elan edildi
Küveyt cümə günü səhər saatlarında ölkənin raket və pilotsuz uçuş aparatları təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Bəhreyndə isə hava həyəcanı siqnalları işə salınıb.
Küveytin İnformasiya Nazirliyi X platformasında yaydığı açıqlamada hava hücumundan müdafiə sistemlərinin hücumların qarşısını aldığı zaman partlayış səslərinin eşidilə biləcəyini bildirib və sakinləri rəsmi qurumların göstərişlərinə əməl etməyə çağırıb.
Bəhreynin Daxili İşlər Nazirliyi də əhaliyə sığınacaqlara çəkilmələri barədə xəbərdarlıq edib.
Bundan əvvəl ABŞ ordusu ardıcıl altıncı gecə İrana genişmiqyaslı hava zərbələri endirib.
Mənbə: CNN

