Kürdə faciə: 17 yaşlı qızın axtarışları davam edir

Kürdə faciə: 17 yaşlı qızın axtarışları davam edir

Samuxda Kür çayında 17 yaşlı qızın suda batdığı bildirilir.

Xeber yerinde” xəbər verir ki, hadisə çayın Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hadisə zamanı suda batan şəxs Gəncə şəhərinin Məhsəti qəsəbə sakini, 17 yaşlı Gülnaz Məmmədovadır.

Hadisə barədə aidiyyəti qurumlara məlumat verildikdən sonra ərazidə axtarış işlərinə başlanılıb.

Hazırda 17 yaşlı qızın tapılması üçün çayda və ətraf ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Onun hansı şəraitdə suya düşməsi ilə bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir