“Xəbər Yerində” Axşam.az-a istinadən xəbər verir ki, Bakıda Gülüstan Sarayında keçirilən dəbdəbəli toy sosial mediada gündəmə gəlib.
Gecənin qonaqları sırasında Türkiyəli məşhur müğənni Kutsi də yer alıb. Sənətçi bəylə gəlin üçün məşhur “İlanı Aşk” mahnısını ifa edib.
Toy mərasimində Azərbaycanın tanınmış sənətçiləri də səhnə alıblar. Xalq artistləri Röya Ayxan və Samir Cəfərov, Əməkdar artist Sevda Ələkbərzadə, həmçinin reper Elşad Xose gecədə çıxış ediblər.
Toyun aparıcılığını isə Əməkdar artist Nərgiz Cəlilova edib.

