Kəlbəcərdə partlayış: 73 yaşlı kişinin ayağı amputasiya edildi

Kəlbəcərdə partlayış: 73 yaşlı kişinin ayağı amputasiya edildi

Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış nəticəsində 73 yaşlı kişi ağır xəsarət alıb.

Xeber Yerinde TƏBİB-ə istinadən verdiyi xəbər verir ki, 1953-cü il təvəllüdlü şəxs avqustun 14-də saat 03:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına xəstəxanasına yerləşdirilib.

Həkimlər tərəfindən pasiyentə sağ topuq nahiyəsinin amputasiyası diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib.

Hazırda yaralının müalicəsi davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir