5 rayonda əkin sahələrini yandıran şəxslər ifşa edildi

5 rayonda əkin sahələrini yandıran şəxslər ifşa edildi

Ötən gün Azərbaycanın bir neçə rayonunda baş verən yanğınların səbəbkarları müəyyənləşdirilib.

Xeber Yerinde Report-a istinadən xəbər verir ki, Ağsu rayonunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlının Qaracalar kəndlərində qeydə alınan yanğınlarla bağlı polis araşdırma aparıb.

Araşdırmalar nəticəsində yanğınların həmin rayonların sakinləri H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi müəyyən olunub.

Hadisələr nəticəsində ümumilikdə 2 hektara yaxın biçilmiş əkin sahəsi və kol-kos yanaraq məhv olub.

Faktla bağlı həmin şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir