Kəlbəcərdə şair işdən çıxarılmasından şikayətləndi: “Məni səbəbsiz yerə uzaqlaşdırdılar”

Kəlbəcərdə şair işdən çıxarılmasından şikayətləndi: “Məni səbəbsiz yerə uzaqlaşdırdılar”

Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərdən birində çalışmış şair və Azərbaycan Yazıçılar Birliyinin üzvü Səxavət Kəlbəcərli işdən çıxarılması ilə bağlı şikayət edib.

“Xeber yerinde” xəbər verir ki, bu barədə Səxavət Kəlbəcərli özü məlumat verib.

Onun sözlərinə görə, ötən il Kəlbəcərin Zar kəndində işğaldan azad edilmiş ərazilərdə tikinti işləri aparan “Amazon” şirkətində işləməyə başlayıb. Şair bildirib ki, bir müddət çalışdıqdan sonra heç bir əsas göstərilmədən işdən uzaqlaşdırılıb.

Səxavət Kəlbəcərli qeyd edib ki, işə bərpa olunması üçün dəfələrlə müraciət etsə də, nəticə əldə etməyib.

O, işdən ayrıldıqdan sonra ailəsində ağır vəziyyət yarandığını, atasının səhhətində problemlər meydana gəldiyini və müalicəyə baxmayaraq onun vəfat etdiyini deyib.

Şair hazırda maddi çətinliklərlə üzləşdiyini və yenidən işə qaytarılmasını istədiyini bildirib.

Səxavət Kəlbəcərlinin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir