Sabahın hava proqnozu: 29 dərəcə isti olacaq

Sabahın hava proqnozu: 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Xəbər Yerində xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeronda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli zəif çiskin ehtimalı var.

Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və axşam saatlarında arabir duman müşahidə ediləcək.

Havanın temperaturu gecə 17-21, gündüz 22-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Rayonlarda hava şəraiti

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 24-29 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7-12, gündüz 15-20 dərəcə isti gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir