Məktəblərdə ilk zəng günü-Nazir şagirdləri və müəllimləri təbrik etdi-FOTO

Məktəblərdə ilk zəng günü-Nazir şagirdləri və müəllimləri təbrik etdi-FOTO

Bu gün Azərbaycanda 124 minə yaxın uşaq yeni dərs ilinə başlayır.

Xəbər Yerində xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir xüsusilə birinci sinfə gedən şagirdləri təbrik edib, bütün məktəblilərə yeni tədris ilində uğurlar arzulayıb.

Emin Əmrullayev təhsil sahəsində əldə olunan nəticələrdə müəllimlərin əməyinin mühüm rol oynadığını vurğulayıb. O, müəllimləri də yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.

Nazir valideynlərə də təşəkkürünü çatdırıb. Onun sözlərinə görə, valideynlərin tədris prosesi ərzində övladlarının yanında olması və məktəblə sıx əməkdaşlıq etməsi təhsildə daha yüksək nəticələrin əldə olunmasına imkan yaradır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir