Məsciddə namaz qılanda 16 min manat pulu oğurlandı

Məsciddə namaz qılanda 16 min manat pulu oğurlandı

İstanbulun Kadıköy rayonunda çalışan şəxsin avtomobil almaq üçün illər ərzində topladığı pul və qızıllar məsciddə oğurlanıb.

Xeber yerinde Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 6-da Fatih rayonundakı Molla Fenari məhəlləsində yerləşən Qazi Atik Əli Paşa məscidində baş verib.

Kadıköydə özəl şirkətlərdən birində çalışan İshak Yılmaz avtomobil almaq üçün ilkin ödəniş etmək məqsədilə topladığı pul və qızılları özü ilə götürərək Fatihə gedib.

Namaz zamanı çantası oğurlandı

Günorta namazının vaxtı çatdıqdan sonra Yılmaz məscidə daxil olub. O, namaz qılarkən kimliyi məlum olmayan şəxs məscidə girərək içərisində pul və qızıl olan çantanı götürüb və ərazidən uzaqlaşıb.

Namazını başa vurduqdan sonra çantasının yerində olmadığını görən Yılmaz təhlükəsizlik kameralarının görüntülərinə baxıb. Oğurluq faktını müəyyən etdikdən sonra polisə müraciət edib.

Polis şübhəlini axtarır

Hadisə ilə bağlı məsciddə araşdırma aparan polis əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini də incələyib. Şübhəlinin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

“İllərlə topladığım əməyi apardı”

İşçi bildirib ki, oğurlanan vəsait onun üçün böyük məbləğdir. O, avtomobil almaq niyyətində olduğunu və qızılları Kapalıçarşıda pula çevirmək üçün özü ilə götürdüyünü deyib.

Yılmazın sözlərinə görə, namaz zamanı çantasını yanında yerə qoyub. Həmin vaxt məscidə daxil olan və camaat arasında olmayan bir şəxs çantanı götürərək hadisə yerindən uzaqlaşıb.

Zərərçəkən oğurlanan pul və qızılların ümumi dəyərinin təxminən 450 min türk lirəsi olduğunu bildirib.

O, hadisənin maddi baxımdan ona ciddi zərər vurduğunu və illərlə topladığı vəsaiti itirdiyini deyərək, şübhəlinin qısa zamanda saxlanılmasını və qanun qarşısında məsuliyyətə cəlb olunmasını istəyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir