Türkiyənin Çorum vilayətində məscidlərin birində qeyri-adi hadisə baş verib.
Xəbər Yerində xəbər verir ki, məscidin səsgücləndiricilərindən amerikalı müğənni Lana Del Reyin məşhur “Summertime Sadness” mahnısı səsləndirilib.
Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.
Mahnının məscidin səsgücləndiricilərindən necə səslənməsi ilə bağlı əlavə məlumat verilməyib.

