Məktəbdə hicablı müəllimənin şagirdlərlə dini musiqi dinləməsi müzakirə yaratdı
Xəbər Yerində xəbər verir ki, sosial şəbəkələrdə hicablı müəllimənin şagirdlərlə birlikdə dini təbliğat xarakterli musiqi dinləməsini əks etdirən görüntülər yayılıb.
Görüntülərlə bağlı yayılan məlumatlarda müəllimin dərs zamanı şagirdlərlə birlikdə İranın ali dini lideri Ayətullah Əli Xameneiyə həsr olunan mahnıya qulaq asdığı iddia edilir.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paylaşımlarda məktəblərdə dini və siyasi ideoloji təbliğata yol verilməməli olduğu vurğulanıb.
Məsələ ilə bağlı müəllim və məktəb rəhbərliyinin mövqeyi, eləcə də hər hansı tədbirin görülüb-görülmədiyi barədə rəsmi açıqlama hələlik məlum deyil.

