Gürcüstanda azərbaycanlı gənc silahlı hücuma məruz qalıb.
Hadisə Marneuli bələdiyyəsinin Candar kəndində qeydə alınıb. İlkin məlumata görə, 31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadığı məhəllədə tanışı tərəfindən pnevmatik tapançadan açılan atəşlə ağır yaralanıb.
Bildirilib ki, hadisə zamanı üç dəfə atəş açılıb. Rahib Abdullayev baş və ağız nahiyəsindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.
Mənbə: Qafqazinfo

