Marşrut sürücüsünü döydü, məsuliyyətə cəlb olundu-VİDEO

Marşrut sürücüsünü döydü, məsuliyyətə cəlb olundu-VİDEO

Xeberyerinde xəbər verir ki, Bakıda metronun “20 Yanvar” stansiyası yaxınlığında yerləşən dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsünə hücum edilib.

Məlumata görə, sərnişin avtobusdan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib. Zərbənin təsirindən sürücü yerə yıxılıb.

Bildirilib ki, sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs onu yenidən yerə yıxaraq ard-arda yumruqlayıb. Hadisəyə ətrafdakı şəxslər müdaxilə etsələr də, təcavüzkar aqressiv davranışını davam etdirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.

Məlumata əsasən, hadisəni törədən 26 yaşlı Rahim Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Hazırda onun barəsində qanunamüvafiq tədbirlər görülür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir