Masallı rayonunda çayda ağır xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə bir neçə gün əvvəl rayon ərazisində yerləşən çaylardan birində baş verib. İlkin məlumata görə, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Coşqun Şakir oğlu Quliyev çimmək üçün suya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.
Yaralı paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilərək 10 gün müalicə olunsa da, bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.az


