Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayon sakinlərinin növbəti qəbulunu keçirib.
Xeberyerinde xəbər verir ki, qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar sosial-məişət, məşğulluq, kommunal xidmətlər və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Araz Əhmədov hər bir müraciəti fərdi qaydada dinləyərək qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bildirilib ki, müraciətlərin bir qismi qəbul zamanı yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə icraya yönəldilərək nəzarətə götürülüb.
Rayon rəhbəri vətəndaş müraciətlərinin operativ, obyektiv və qanunvericiliyə uyğun şəkildə həll edilməsinin fəaliyyətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.






