Masazırda kütləvi dava baş verib.
Hadisə zamanı “Milano 22” adlı içki mağazasının şüşələri sındırılıb. Hadisə yerindən yayılan görüntülərdə mağazanın içərisindəki məhsulların yerə dağıldığı və ərazidə ciddi iğtişaşın yarandığı görünür.
Hadisənin hansı səbəbdən baş verdiyi və davada neçə nəfərin iştirak etdiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı əlavə məlumat əldə edilərsə, təqdim edəcəyik.

