Türkiyəli məşhur müğənni Mert Demir Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında baş tutan konsertində tamaşaçılara sürpriz edib.
Konsertin gedişində bərbərini səhnəyə çağıran sənətçi bığlarını tamaşaçıların qarşısında qırxdırıb. Proses səhnənin kənarında yerləşdirilən böyük ekranlarda da canlı nümayiş etdirilib.
İmicindəki dəyişiklikdən sonra qısa müddətlik səhnədən uzaqlaşan Mert Demir konsertin ikinci hissəsində bığsız görünüşü ilə geri dönüb. Müğənninin yeni imici tamaşaçıların alqışları ilə qarşılanıb.
Gecədə diqqət çəkən məqamlardan biri də Kibariyenin səhnəyə çıxması olub. Sənətçilər birlikdə “Karakış” mahnısını səsləndiriblər.
Konsertə Mert Demirin sevgilisi Serenay Sarıkaya ilə yanaşı, Merve Dizdar, Cihan Ayger, Zeynəb Artukmaç, Mert Yazıcıoğlu və Simge Sağın da qatılıb.




