Metroda böyük dəyişiklik-sərnişin sıxlığının azaldılması məqsədilə….

Metroda böyük dəyişiklik-sərnişin sıxlığının azaldılması məqsədilə….

Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində Bakı metropolitenində qatarların hərəkət intervalı dəyişdiriləcək, eyni zamanda sərnişin sıxlığının azaldılması məqsədilə 6 ekspres avtobus marşrutu təşkil olunacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat yayılıb.

Belə ki, avqustun 15-dən “İçərişəhər”–“Əhmədli”, noyabr ayından isə “İçərişəhər”–“Həzi Aslanov” istiqamətində qatarlar 2 dəqiqə 30 saniyə intervalla hərəkət edəcək. Bunun üçün “İçərişəhər” stansiyasında əlavə texniki və təşkilati tədbirlər görülüb. “Dərnəgül”–“Nizami” istiqamətində isə qatarların hərəkət intervalı 3 dəqiqə 30 saniyə olacaq.

Xətlərin ayrılması layihəsinin təxminən 10-11 ay davam edəcəyi gözlənilir. Layihə başa çatdıqdan sonra “yaşıl xətt” üzrə “Dərnəgül”–“Nizami”–“Cəfər Cabbarlı”, “qırmızı xətt” üzrə isə “İçərişəhər”–“Həzi Aslanov” marşrutlarında qatarların tam müstəqil hərəkəti təmin ediləcək.

Məlumata görə, metroda yaranacaq dəyişiklikləri kompensasiya etmək üçün yerüstü ictimai nəqliyyat da gücləndiriləcək. İlkin mərhələdə 6 ekspres avtobus marşrutunun təşkili planlaşdırılır. Bu marşrutlar “yaşıl xətt” üzərində yerləşən “20 Yanvar”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “Nizami” stansiyalarını “28 May”, “Gənclik” və “Koroğlu” istiqamətləri ilə əlaqələndirəcək. Bundan əlavə, mövcud avtobus xətlərinə də əlavə nəqliyyat vasitələri cəlb ediləcək.

Bildirilib ki, ekspres avtobuslar ödənişli fəaliyyət göstərəcək və tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur. Sərnişinlər avtobuslardan hazırda qüvvədə olan ödəniş qaydaları ilə istifadə edəcəklər.

Qeyd olunub ki, “28 May”–“Nizami” istiqamətində metroda yaranacaq sərnişin axınını tam şəkildə avtobuslarla əvəz etmək texniki baxımdan mümkün deyil. Belə ki, bir metro qatarı təxminən 1600 sərnişin daşıyır və eyni sayda sərnişinin qısa müddətdə avtobuslarla daşınması üçün o

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir