Vətən müharibəsi qazisi qətlə yetirildi – Qardaşı da yaralandı

Vətən müharibəsi qazisi qətlə yetirildi – Qardaşı da yaralandı

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində qətl hadisəsi baş verib. Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Rahib Əminov öldürülüb, qardaşı isə yaralanıb.

Xəbər Yerində “Unikal”-a istinadən xəbər verir ki, hadisə oktyabrın 21-də gecə saatlarında şəxsi münasibətlər zəminində baş verib.

1998-ci il təvəllüdlü Vüqar Şirinzadə həmyaşıdı Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə isə xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Vüqar Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, Rahib Əminov Vətən müharibəsində könüllü olaraq iştirak edib və döyüşlər zamanı yaralanıb. O, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir