Minaya düşənlərdən birinin ayağı amputasiya edildi

Minaya düşənlərdən birinin ayağı amputasiya edildi

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan şəxslərdən birinin ayağı amputasiya olunub.

Xəbər verdiyimiz kimi, hadisə Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində humanitar minatəmizləmə işləri zamanı baş verib. ANAMA-nın məlumatına görə, qeyri-hökumət təşkilatının əməkdaşı Əlzamin Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Partlayış zamanı digər əməkdaş Füzuli Mirzəyev də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

TƏBİB-dən verilən məlumata görə, 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq-baldır nahiyəsinin amputasiyası icra edilib.

1998-ci il təvəllüdlü digər zərərçəkmişə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub. O, müalicəsinin davam etdirilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Ayağı amputasiya olunan digər pasiyentin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir