Mingəçevirdə kiçikhəcmli gəmilərlə bağlı təhlükəsizlik tədbiri keçirilib-FOTO+VİDEO

Mingəçevirdə kiçikhəcmli gəmilərlə bağlı təhlükəsizlik tədbiri keçirilib-FOTO+VİDEO

Mingəçevirdə kiçikhəcmli su nəqliyyatı vasitələrinin istismarı zamanı yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin təşkilatçılığı ilə keçirilən tədbir “Kiçikhəcmli su nəqliyyatı vasitələrində yanğın təhlükəsizliyi” mövzusuna həsr edilib.

Görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, kiçikhəcmli gəmi istifadəçiləri, eləcə də Kür çayı sahilində yerləşən yanalma körpüləri və dayanacaq bazalarının məsul şəxsləri iştirak ediblər.

Tədbir zamanı gəmilərin və onların saxlanıldığı ərazilərin yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər diqqətə çatdırılıb. Bildirilib ki, bu nəqliyyat vasitələrində baş verə biləcək yanğınlar insanların həyatı və sağlamlığı üçün ciddi risk yarada bilər.

İştirakçılara təhlükəsizlik qaydalarına əməl olunması, mümkün yanğın hadisələrinin qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi izah edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir