Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına parkda “Musiqili Bakı” layihəsi çərçivəsində Əməkdar artist Lalə İbrahimovanın konsert proqramı keçirilir.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutur. Konsertdə paytaxt sakinləri və şəhərin qonaqları iştirak edirlər.
Lalə İbrahimova sevilən mahnıları ilə tamaşaçılar qarşısında çıxış edir. Açıq hava şəraitində keçirilən musiqi axşamı iştirakçılara xoş ovqat bəxş edir.
Qeyd edək ki, “Musiqili Bakı” layihəsi yay mövsümündə sakinlərin asudə vaxtının səmərəli təşkili, mədəni istirahətinin təmin olunması və şəhərin ictimai-mədəni həyatının daha da canlandırılması məqsədilə həyata keçirilir.
Günay Safarli





