Ceyhun Bayramov ATƏT sədrini qəbul etdi

Ceyhun Bayramov ATƏT sədrini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İsveçrənin Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisi qarşılayıb.

Xeberyerinde xəbər verir ki, məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşıb.

Qarşılanma mərasimindən sonra Ceyhun Bayramov və İqnasio Kassis arasında təkbətək görüş başlayıb. Görüşdə ikitərəfli əməkdaşlıq, regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunacağı gözlənilir.

İqnasio Kassis səfərlə bağlı “X” sosial şəbəkəsində paylaşım edərək Azərbaycana ilk rəsmi səfərini etdiyini bildirib.

“Azərbaycana ilk rəsmi səfərimi etməkdən məmnunam. Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. ATƏT-in fəaliyyətdə olan sədri olaraq, Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı təşviq etməklə yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığımızı dərinləşdirməyi hədəfləyirik”, – deyə Kassis qeyd edib.

O əlavə edib ki, Azərbaycandakı proqramını başa vurduqdan sonra növbəti rəsmi səfərini Türkmənistana edəcək.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir