Nərminə Mustafayeva Latviyaya səfir təyin edildi – İstanbuldan geri çağırılmışdı

Nərminə Mustafayeva Latviyaya səfir təyin edildi – İstanbuldan geri çağırılmışdı

Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xeber Yerinde xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Nərminə Mustafayeva bundan əvvəl Azərbaycanın İstanbul şəhərində baş konsulu vəzifəsində çalışıb. O, iyulun 27-də İstanbul şəhərində baş konsul vəzifəsindən geri çağırılmışdı. Bu barədə “Xeber Yerinde” olaraq daha əvvəl məlumat vermişdik.

Mustafayeva həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Azərbaycanın daimi nümayəndəsi vəzifəsində fəaliyyət göstərib.

Nərminə Mustafayevanın Latviyaya səfir təyin edilməsi ilə onun diplomatik fəaliyyətində yeni mərhələ başlayıb.

Qeyd edək ki, Mustafayevadan əvvəl Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur İxtiyar oğlu Sultanov olub. O, 2021-ci ildə bu vəzifəyə təyin edilmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir