Neft oğurlamaq istəyən iki dost partlayışa səbəb oldu- Video

Neft oğurlamaq istəyən iki dost partlayışa səbəb oldu- Video

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində neft kəmərində yanğınla nəticələnən hadisə baş verib.

Hadisə sentyabrın 2-də gecə saatlarında Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində qeydə alınıb.

Araşdırma zamanı məlum olub ki, 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluq etməyə cəhd göstəriblər.

İlkin məlumata görə, müdaxilə zamanı kəmərdə partlayış baş verib və nəticədə yanğın yaranıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şəxslərin kəmərə necə müdaxilə etdikləri, oğurluq cəhdinin detalları və hadisə nəticəsində dəymiş ziyanın həcmi araşdırmanın gedişində müəyyənləşdiriləcək.

Faktla bağlı müvafiq tədbirlər görülür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir