Neft tankeri təhlükəli zonada partladı: Mina ehtimalı araşdırılır

Neft tankeri təhlükəli zonada partladı: Mina ehtimalı araşdırılır

Radarını söndürən neft tankeri Hörmüz boğazında partlayışla üzləşdi

Hörmüz boğazında hərəkət edən və radar sistemini söndürdüyü bildirilən neft tankerinin dəniz minasına düşdüyü ehtimal olunur.

Beynəlxalq dəniz təhlükəsizliyi üzrə məlumatlı mənbələrə istinadən S&P Global-ın yaydığı xəbərə görə, hadisənin hansı ölkəyə məxsus tankerlə baş verdiyi hələlik açıqlanmayıb.

Məlumatda bildirilir ki, gəmi İranın müəyyən etdiyi təhlükəsiz marşrutdan kənara çıxdıqdan az sonra güclü partlayış qeydə alınıb. İlkin ehtimallara əsasən, tanker dəniz minasına toxunub. Bununla belə, hadisənin səbəbləri ilə bağlı rəsmi təsdiq hələ verilməyib.

Qeyd olunur ki, İran daha əvvəl Hörmüz boğazından keçən kommersiya gəmilərinə yalnız müəyyən edilmiş marşrutlarla hərəkət etmələri barədə dəfələrlə xəbərdarlıq edib. Rəsmi Tehran bu qaydalara əməl edilməməsinin təhlükəsizlik baxımından ciddi risklər yarada biləcəyini vurğulayıb.

Mənbələrin sözlərinə görə, son həftələr bölgədə artan gərginlik səbəbindən bəzi neft tankerləri izlənilməmək məqsədilə avtomatik identifikasiya (AIS) və digər izləmə sistemlərini söndürərək boğazdan keçməyə üstünlük verirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir